Naxçıvanda sertifikatlaşdırma imtahanında 352 müəl...
21:55 02.05.2026
0
0
0
NAXÇIVAN :
03 May 2026, Bazar
Şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı ilə yazılan tarixi zəfərimizin 5 illiyi ölkəmizin bütün bölgələrində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da böyük çoşqu ilə qeyd edilir. Yerli sakinlər səhər saatlarından başlayaraq Naxçıvan şəhərində yerləşən Zəfər parkını, həmçinin şəhidlərin dəfn olunduğu Naxçıvan şəhər qəbiristanlığını ziyarət edib, onları qürurla anırlar.
Şəhid leytenant Yaqub Nəcəfovun anası Xuraman Zeynallı öz fikirlərini bizimlə bölüşərək bildirib ki, suveren, müstəqil respublikanın vətəndaşı olmaq hər bir azərbaycanlı üçün böyük qürurdur və bu gün biz həmin qürurun ən yüksək anlarını yaşayırıq: "Ölkəmizin hər yerində olduğu kimi, biz də bu müqəddəs Zəfər Gününü qeyd edirik, şəhidlərimizi ehtiramla yad edirik. Çox qürurluyam və bütün Azərbaycan xalqını bu möhtəşəm gün münasibətilə təbrik edirəm. Bu gün bizim xalq olaraq birliyimizin, gücümüzün, yenilməzliyimizin rəmzidir".
Şəhid atası Məhəmməd Nəcəfov isə hisslərini bu sözlərlə ifadə edib: "Şəhid oğlum Yaqub Nəcəfov Şuşa uğrunda gedən döyüşlərdə, torpaqlarımızın azadlığı uğrunda, 9 noyabr tarixdə şəhid olub. O, Vətən sevgisini canından üstün tutdu, müqəddəs bir zirvəyə, şəhidlik zirvəsinə ucaldı. Bizim üçün hər zaman qürur mənbəyi olaraq qalacaq. Biz üç qəhrəman övladın ata-analarıyıq. Hər üç övladım Vətənə xidmət edib və biz onların hər biri ilə fəxr edirik. Onlar bizim deyil, bütün Azərbaycanın övladlarıdır. Valideyn olaraq borcumuz Vətənə layiqli övlad yetişdirmək idi və biz bununla fəxr edirik. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin! Qoy Azərbaycan daim qalib olsun, bayrağımız hər zaman zirvədə dalğalansın!"
Digər xəbərlər