Qəhrəmancasına döyüşüb şəhid oldu
20:05 24.11.2024
0
0
1
Bu gün muxtar respublikanın bütün rayonlarında, o cümlədən Şərur rayonunda hər şəhidimizin adına bir çinar ağacı əkilir. Eyni zamanda onların bioqrafiyalarını əks etdirən QR kodlar ağacların yanında yerləşdirilir. Bu aksiyada mən də bir şəhid anası olaraq qürurla iştirak edirəm. Sabah ölkəmizdə Zəfər bayramıdır. Bu münasibətlə hər bir azərbaycanlını təbrik edirəm. Xalqımıza sülh, əmin-amanlıq arzulayıram. Bayrağımız daim zirvələrdə dalğalansın.
Bu sözləri “Şərq qapısı”na müsahibəsində Şərur rayonunun Dizə kəndindən olan şəhid mayor Vüsal Vəliyevin anası Mədinə Vəliyeva söyləyib.
Mədinə xanım deyib: “Şəhidlərin ömrü çinar qədər olmasa da, mirasları, ənənələri çinardan da uzunömürlü olacaq. Vətən oğullarının keçdikləri döyüş yolu, vətənpərvərlik nümunəsi bu çinarların yanında yüz illər boyu yaşadılacaq, təbliğ olunacaq. Zəfər Günü ərəfəsində şəhidlərimizlə bağlı göstərilən belə nəcib təşəbbüsə görə təşəkkür edirəm”.
Nail ƏSGƏROV
Digər xəbərlər