NAXÇIVAN :

07 Aprel 2025, Bazar ertəsi

Səfirlik: Türkiyə mina təhdidi ilə mübarizədə Azərbaycana güclü və qətiyyətli dəstəyini davam etdirəcək

...

Türkiyə mina təhdidi ilə mübarizədə Azərbaycana müxtəlif platformalarda güclü və qətiyyətli dəstəyini davam etdirəcək.
“Şərq qapısı” xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin “X” hesabında paylaşım edilib.
“Bu gün Qarabağın Ağdam və Cəbrayıl rayonlarında baş vermiş mina hadisələrində yaralanan azərbaycanlı qardaşlarımıza şəfa arzulayırıq. İşğaldan azad olunmuş Qarabağda hələ də müəyyənləşməmiş çox sayda mina ilə bağlı can Azərbaycanın təhlükəsizlik narahatlıqlarını bölüşürük”, – paylaşımda bildirilib.
Xatırladaq ki, bu gün Cəbrayıl və Ağdam rayonlarında mina hadisələri baş verib. Cəbrayıl rayonundakı hadisədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı yaralanıb. Ağdam rayonundakı partlayışda isə bir ailənin üç üzvü xəsarət alıb.

Nəşr edilib : 06.04.2025 15:54