NAXÇIVAN :

27 Dekabr 2024, Cümə

Səfir ADB-nin rəsmisi ilə regiondakı layihələri müzakirə edib

...

Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Asiya İnkişaf Bankının (ADB) Qazaxıstan missiyasının direktoru Utsav Kumarla regionda gerçəkləşdirilən layihələri müzakirə edib.
“Şərq qapısı” xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə bildirib.
 Utsav Kumarı səfirliyimizdə qəbul etməyə çox şad oldum”, – o qeyd edib.
Səfir görüşdə “Azərbaycanda və regionda həyata keçirilən layihələr və cari məsələlər”in müzakirə olunduğunu açıqlayıb.
Xatırladaq ki, daha əvvəl ADB-nin Azərbaycan üzrə direktoru Sunniya Durrani-Camal təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığı davam etdirməyi planlaşdırdığı və bu əməkdaşlıq çərçivəsində tələbələrin iqtisadiyyatı “yaşıllaşdırmağın” yeni üsullarını inkişaf etdirə biləcəklərini bildirmişdi.
Oktyabrın 7-də Azərbaycan və ADB arasında əməkdaşlıq məsələləri müzakirə edilmişdi.

Nəşr edilib : 03.11.2024 22:31