Azərbaycanın daha bir güləşçisi Avropa çempionu ol...
22:51 22.04.2026
0
0
0
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Şeffild Universitetində 2 Fevral-Gəncləri Günü münasibətilə “Əli və Nino” bədii filmi nümayiş olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, universitetin Azərbaycan Tələbə Cəmiyyətinin təşəbbüsü ilə baş tutan tədbirdə azərbaycanlı və əcnəbi tələbələr iştirak ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, cəmiyyətin rəhbəri Turanə Abdullayeva bildirib ki, filmin nümayişində əsas məqsəd tələbələrdə ölkəmizin zəngin mədəni irsi, tarixi və multikultural dəyərləri barədə daha dolğun təsəvvür yaratmaqdır. Belə tədbirlərin gənclər arasında mədəni maarifləndirməni gücləndirməklə yanaşı, fərqli mədəniyyətləri anlamaq və qiymətləndirmək imkanı yaratdığını vurğulanıb.
O da qeyd olunub ki, gənclərin şəbəkələşməsi onların fikir mübadiləsi aparmasına, təcrübə paylaşmasına və gələcək əməkdaşlıqlar üçün əlaqələr qurmasına imkan yaradır.
Qeyd edək ki, Birləşmiş Krallığın universitetlərində 10-dan çox Azərbaycan Tələbə Cəmiyyəti fəaliyyət göstərir.
Digər xəbərlər