Şərurda Milli Müdafiə Universitetinin xüsusi təyin...
15:51 21.04.2025
0
0
0
Sədərək Rayon İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi vəzifəsi 44 günlük Vətən müharibəsinin şəhidi Ərtoğrul Nadirlinin qardaşı Cavid Nadirliyə həvalə olunub.
"Şərq qapısı" xəbər verir ki, Azərbaycan Ordusunun leytenantı olan Ərtoğrul Nadirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Ərtoğrul Nadirli oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Sədərək rayonundakı Şəhidlər xiyabanında dəfn olunub.
Digər xəbərlər