NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Sədərəkdə  müəllim və şagirdlər yeni tədris dərs ilinə  məktəbə velosipedlərlə gəliblər

...

Bu gün Naxçıvan Muxtar Respublikasının hər yerində olduğu kimi, Sədərək kənd 1 nömrəli tam orta məktəbdə də  Bilik Günü qeyd edilib, yeni tədris ilinin ilk zəngi çalınıb. Amma burada kollektiv yeni tədris ilinə digər məktəblilərdən fərqli başlayıblar. Belə ki, müəllim və şagirdlər məktəbə uzaq məsafələrdən avtomobillə yox, velosipedlərlə gəliblər. 

Sağlam həyat tərzini hər şeydən üstün tutan kollektiv bu nümunəvi hərəkətləri ilə təbiətin dostu olmağın mesajını verməklə  yanaşə “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə də özünəmxsus töhfələrini veriblər. 
 Qeyd edək ki, bu ənənə Dəmirçi kəndində də davam etdirilir və hər iki kənddəki məktəbin həyətində velosiped dayanacaqları quraşdırılıb.

Nəşr edilib : 16.09.2024 18:58