NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Sədərək rayonunda su təchizatı və kanalizasiya sistemlərinin qurulmasına başlanılacaq

...

Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda muxtar respublikanın rayon mərkəzlərinin və kəndlərin içməli su təminatının yaxşılaşdırılması ilə bağlı layihələrin həyata keçirilməsi nəzərdə tutulub.
“Şərq qapısı” xəbər verir ki, Dövlət Proqramının icrası çərçivəsində Sədərək rayonunun Heydərabad qəsəbəsi, Sədərək və Qaraağac kəndlərinin su təchizatı və kanalizasiya sistemlərinin qurulması məqsədilə ümumi dəyəri 7,6 milyon manat podrat müqaviləsi bağlanılıb. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq rayonun suvarma infrastrukturunun yenidən qurulması məqsədilə 2025- ci ilin dekabr ayında təkliflər hazırlanıb və “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə yaradılmış komissiyada baxılıb. Tikinti-quraşdırma işlərinə yaxın vaxtlarda başlanılacaq.

Nəşr edilib : 02.02.2026 11:46