Qazaxıstan İƏT-də sədrliyi qəbul edəcək
21:28 03.12.2024
0
0
0
“8 Noyabr—Zəfər Günü” ilə bağlı Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov və Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifələrini müvəqqəti icra edən, ədliyyə nazirinin müavini Hüseyn Səfərov Sədərək döyüşlərinin iştirakçısı, qazi və tibb bacısı Nəzifə Qaybalıyeva ilə görüşüblər.Görüşdə Sədərək döyüşlərində və Vətən müharibəsində qəhrəman döyüşçülərimizin şücaətindən söhbət açılıb. Qeyd olunub ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənin layiqli cavabını vermişdir.
Görüşdə Nəzifə Qaybalıyevaya hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Naxçıvan Televiziyası tərəfindən ərsəyə gətirilən “Sədərəkdən Şuşaya” filmi Sədərək döyüşlərindəki qəhrəmanlığı ilə seçilən qazi və tibb bacısı Nəzifə Qaybalıyevanın timsalında təqdim olunur. Filimlə https://youtu.be/6RtOO5lKrSc?si=Sd9_BhGl1zsyhcIE linkdən tanış ola bilərsiniz.
Digər xəbərlər