Nazir müavini: Azərbaycan-Serbiya mədəni əməkdaşlı...
21:36 03.05.2026
0
0
0
NAXÇIVAN :
03 May 2026, Bazar
“2022-ci il avqustun 26-da xalqımız daha bir tarixi hadisənin sevincini və qürurunu yaşadı. Ordumuz həmin gün Laçın şəhərində yerləşdi, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Beləliklə, bu füsunkar, mühüm strateji mövqeyə malik diyarın işğalına tamamilə son qoyuldu. Prezident İlham Əliyevin Sərəncamına əsasən, 26 avqust – Laçın Şəhəri Günü” kimi qeyd olunur.
2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi nəticəsində 30 illik işğala son qoyuldu. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və ordumuzun sarsıdıcı zərbələri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. 2022-ci ilin avqustun 26-da Qarabağ Zəfərinin davamı olaraq Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bu, şanlı zəfər tariximizə daha bir hərbi və diplomatik qələbə kimi yazıldı”.
Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aysel Dünyamalıyeva deyib.
O qeyd edib ki, işğaldan azad olunmuş digər yurd yerlərimiz kimi, Laçına da həyat yenidən qayıdır, burada sürətli bərpa-quruculuq işləri aparılır. Prezident İlham Əliyev Laçına növbəti səfəri zamanı aparılan quruculuq işlərindən danışaraq deyib: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.
Deputat vurğulayıb ki, bu gün Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövqlə aparılır. Artıq Laçın şəhəri, Zabux və Sus kəndləri də daxil olmaqla işğaldan azad edilmiş ərazilərin bir çoxunda məcburi köçkünlərin qayıdışı təmin olunur, sakinlər doğma yurd-yuvasına köçürülmüşdür. Köçürülən ailələrin şəhərdə vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
“Azərbaycan bu tarixi Zəfərlə yeni reallıqlar yaratdı və ölkəmizin dünyada nüfuzu və əhəmiyyəti dəfələrlə artdı. Ata vəsiyyətini həyata keçirən, azərbaycanlıların başını ucaldan Prezident İlham Əliyevin və ölkəmizin həqiqətlərini, tarixini, mədəniyyətini dünyada təbliğ edən Birinci vitse-prezident Mehriban Əliyevanın tarixi missiyası hələ davam edir. Onlar müasir tariximizin yeni səhifəsini açır, işğaldan azad edilmiş əraziləri yenidən canlandırırlar. Laçında müəssisələrin təməli qoyulur, açılışlar edilir, ora həyat qayıdır. İşğal edilmiş bütün ərazilər kimi, Laçın da Azərbaycan Prezidentinin və birinci xanımın zəhməti, Vətənə böyük məhəbbəti sayəsində yenidən qurulur” - deyə deputat Aysel Dünyamalıyeva əlavə edib.
Digər xəbərlər