Sürücülərin nəzərinə
21:48 19.09.2026
0
0
0
Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov Smolnıda Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) beynəlxalq müşahidəçilər qrupu ilə görüş keçirib.
"Şərq qapısı" xəbər verir ki, missiyanın tərkibinə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan nümayəndələr daxil olub. Görüşdə Milli Məclisin deputatı Sabir Hacıyev və Milli Məclisin MDB PA-dakı daimi nümayəndəsi Aydın Cəfərov iştirak ediblər.
Beynəlxalq müşahidəçilər Rusiyada keçirilən seçkilərin müstəqil monitorinqini aparırlar. Aleksandr Beqlov bildirib ki, Sankt-Peterburqda vətəndaşların azad və təhlükəsiz iradə ifadəsi üçün şərait yaradılıb, səsvermənin şəffaflığı və seçki komissiyalarının fasiləsiz fəaliyyəti təmin olunub.
Müşahidəçilər qrupunun koordinatoru, Qırğızıstan parlamentinin deputatı Qulya Kojokulova bildirib ki, missiyanın nümayəndələri artıq seçki məntəqələrinə baş çəkib və seçicilərin fəallığını qeyd ediblər. Monitorinqin yekunlarına əsasən obyektiv və müstəqil rəy hazırlanacaq.
Sankt-Peterburqda səsvermə sentyabrın 18, 19 və 20-də keçirilir. Şəhərdə 1975 daimi və 47 müvəqqəti seçki məntəqəsi açılıb.
Digər xəbərlər