İran Prezidenti Məsud Pezeşkian Bibiheybət məscidi...
21:34 28.04.2025
0
0
0
Aprelin 28-də oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan Şahtaxtı kənd tam orta məktəbində görkəmli alimin anadan olmasının 102-ci ildönümü ilə bağlı tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları görkəmli akademikin məktəbin foyesindəki büstü önünə gül dəstələri qoyub, alimin həyat və fəaliyyətini əks etdirən muzeylə tanış olublar.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov və Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov dünyaşöhrətli alimin Azərbaycan tibb elminin inkişafındakı fəaliyyətindən və oftalmologiya sahəsində qazandığı nailiyyətlərdən bəhs ediblər.
Qeyd olunub ki, alimin elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.
Sonda xatirə fotosu çəkilib.
Digər xəbərlər