Ali Məclisin deputatları bu tarixlərdə vətəndaşlar...
10:41 23.11.2024
0
0
1
“Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində “Yaşıl bir dünya üçün həmrəy olaq” şüarı altında 10 günlük ağacəkmə aksiyasına start verilib. Şahbuz Rayon İcra Hakimiyyəti 18 oktyabrdan başlayaraq bu aksiyaya qoşulub.
Ağacəkmə aksiyasının dördüncü günü icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə davam edib.
21 oktyabrda ağacəkmə aksiyası Naxçıvan-Batabat magistral avtomobil yolunun Mərəlik kəndi ərazisindən keçən 18-23-cü kilometr və Daylaqlı kəndinin ərazisindən keçən 22-25-ci kilometr hissələrində olan yaşıllıq sahələrində keçirilib. Aksiyanın dördüncü günündə 400 ədəd badam, 560 ədəd ərik olmaqla cəmi 960 ədəd ağac əkilmişdir.
Əkilən ağaclara aqrotexniki qaydada qulluq göstərilərək üzvi gübrə verilmiş, gövdələri ağardılmış və suvarma işləri aparılmışdır.
Növbəti günlərdə aksiyanın uğurla keçirilməsi üçün hazırlıq işləri davam etdirilir.
Digər xəbərlər