NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Şahbuz şəhər 1 nömrəli tam orta məktəbində yeni tədris ilinin başlanması ilə əlaqədar tədbir keçirilib

...

Tədbirdə iştirak edən Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev yeni dərs ilinin başlanması münasibətilə pedaqoji kollektivi və məktəbliləri təbrik edib, təhsildə uğurlar arzulayıb. Tədbirdə çıxış edən rayon Təhsil şöbəsinin müdiri Vüqar Səfərov, 1 nömrəli məktəbin direktoru Araz Məmmədov və Uşaq birliyi Təşkilatının rəhbəri  Leyli Məmmədova da  məktəblilərə uğurlar arzulayıblar. Qeyd edək ki bu tədris ilində məktəbdə 55 nəfər şagird 1-ci siniflərdə təhsilə başlayıb.

Əli Cabbarov

Nəşr edilib : 16.09.2024 17:34