NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Şahbuz rayonunun yaylaqlarında oba sakinlərinə kompleks xidmətlər göstərilib

...

Avqustun 20-də Şahbuz rayonunun ucqar yaylaqlarında – “Keçəldağ”, “Adsızyurd”, “Qanlıgöl”, “Daylaqlı yurd” və “Kəl yurdu”nda heyvandarlıqla məşğul olan oba sakinlərinə səhiyyə, ticarət və baytarlıq xidmətləri göstərilib. Bu tədbirlər 2025-ci il üçün əvvəlcədən tərtib olunmuş xüsusi qrafikə uyğun şəkildə həyata keçirilib.

Tədbirlərin təşkilatçısı Şahbuz Rayon İcra Hakimiyyəti olub.

Yaylaq mövsümündə sakinlərin gündəlik ehtiyaclarının qarşılanması, həmçinin heyvandarlıq fəaliyyəti ilə bağlı yaranan problemlərin yerində həlli məqsədilə təşkil olunan bu xidmətlər kənd təsərrüfatının və bölgə əhalisinin sosial rifahının dəstəklənməsi baxımından əhəmiyyətlidir.

Sakinlərə ilkin tibbi baxışlar keçirilib, zəruri dərman və ləvazimatlar təqdim olunub. Həmçinin, baytarlar tərəfindən heyvanlara profilaktik müayinələr və peyvəndlər aparılıb. Ticarət xidməti çərçivəsində gündəlik zəruri ərzaq və məişət məhsullarının satışı da təşkil olunub.

Oba sakinləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və təşkilatçılara öz dərin minnətdarlıqlarını bildiriblər.

Nəşr edilib : 20.08.2025 17:27