NAXÇIVAN :

13 Avqust 2026, Cümə axşamı

Şahbuz rayonunun 1 prospekt və 3 küçəsində elektrik enerjisi təchizatı dayandırılacaq

...

Avqustun 14-də 35/10 kV-luq Şahbuz yarımstansiyasından qidalanan Qəsəbə 110 Kv-luq hava elektrik xəttində yenidənqurma işləri ilə əlaqədar müvəqqəti elektrik enerjisi  fasiləsi yaranacaq.

“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) "Şərq qapısı"na verilən məlumata görə, bununla əlaqədar olaraq sabah saat 12:30-dan 14:30-dək rayonun Heydər Əliyev prospektində, Rəşid Behbudov, Bakı, 28 May küçələrində elektrik enerjisinin verilişində müvəqqəti fasilə olacaq.

Qeyd edək ki, enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik verilişi xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir. İşlər başa çatdıqdan sonra qeyd olunan ərazilərin abonentləri daha keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Nəşr edilib : 13.08.2026 16:35