Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda ...
17:05 13.08.2026
0
0
0
NAXÇIVAN :
13 Avqust 2026, Cümə axşamı
2026-cı ilin yanvar-iyul aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 1 milyard 25 milyon 725 min 900 manat olmuşdur ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz çoxdur. Əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulun həcmi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz artaraq 2169,6 manat olmuşdur.
***
Cari ilin yanvar-iyul aylarında muxtar respublikada 322 milyon 7 min 900 manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2025-ci ilin müvafiq dövründəki göstəricidən 3,1 faiz çoxdur. Sənaye məhsulunun 284 milyon 967 min 300 manatı və ya 88,5 faizi malların, 37 milyon 40 min 600 manatı və ya 11,5faizi isə xidmətlərin payına düşmüşdür.
Ümumi sənaye məhsulunun 0,2 faizi mədən çıxarma, 83,2 faizi emal, 15,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.
***
2026-cı ilin yanvar-iyul aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 156 milyon 722 min 700 manat investisiya yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 30,9 faiz çoxdur.
İstifadə olunmuş investisiyanın 76 milyon 582 min 800 manatı və ya 48,9 faizi məhsul istehsalı sahələrinə, 20 milyon 107 min 600 manatı və ya 12,8 faizi xidmət sahələrinə, 60 milyon 32 min 300 manatı və ya 38,3 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.
***
Əsas kapitala yönəldilmiş investisiyaların 127 milyon 535 min 400 manatı və ya 81,4 faizi, bilavasitə, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 43,0 faiz çoxdur.
***
Cari ilin yanvar-iyul aylarında muxtar respublikada 239 milyon 845 min 900 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bunun da 127 milyon 157min 100 manatı bitkiçilik sahəsi üzrə, 112 milyon 688 min 800 manatı isə heyvandarlıq sahəsi üzrə olmuşdur. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 9,3 faiz artmışdır.
***
2026-cı ilin yanvar-iyul aylarında muxtar respublikada nəqliyyat sektorunda 4 milyon 184 min 900 ton yük, 27 milyon 552 min 800 sərnişin daşınmışdır. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,1 faiz, sərnişin daşınması isə 1,0 faiz artmışdır.
***
Cari ilin yanvar-iyul aylarında informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 63,4 faiz azalaraq 8 milyon 462 min 300 manat olmuşdur. Xidmətlərin 37,7 faizi qeyri-dövlət sektorunda formalaşmışdır.
***
2026-cı ilin yanvar-iyul aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 869 milyon 572 min 500 manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur. Ticarət şəbəkəsində 447 milyon 829 min 800 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 421 milyon 742 min 700 manatlıq qeyri-qida məhsulları satılmışdır.
***
Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği bir il öncəyə nisbətən 42,0 faiz artaraq 2026-cı il iyul ayının 1-ə milli valyuta ekvivalentində 45 milyon 226 min 900 manat təşkil etmişdir. Əmanətlərin 95,1 faizi milli, 4,9 faizi xarici valyutada qoyulmuş, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 44,8 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 3,5 faiz artmışdır.
***
Cari ilin yanvar-iyul aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 90 milyon 422 min 790 ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 7 milyon 511 min 510 dollarını və ya 8,3 faizini ixrac olunmuş məhsulların, 82 milyon 911 min 280 dollarını və ya 91,7 faizini isə idxal məhsullarının dəyəri təşkil etmişdir. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 31,1 faiz, o cümlədən idxal 34,9 faiz, ixrac isə 0,1 faiz artmışdır.
***
2026-cı ilin yanvar-iyul aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 120 milyon 920 min 400 manat olmuşdur ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,7 faiz azalmışdır.
***
2026-cı ilin yanvar-iyun aylarında muxtar respublikada ortaaylıq nominal əməkhaqqı 872,1 manat olmuşdur ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz çoxdur.
***
1 iyul 2026-cı il tarixə muxtar respublikada əhalinin sayı 2025-ci ilin müvafiq dövrünə nisbətən 1233 nəfər və ya 0,3 faiz artaraq 472 951 nəfər olmuşdur.
Digər xəbərlər