NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Şahbuz rayonunda yaşıllıq sahələrinə qulluq aksiyası keçirilib

...

21 sentyabr 2024-cü il tarixində Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti yaşıllaşdırma aksiyası keçirilib. "Yaşıl dünya naminə həmrəylik ili"çərçivəsində növbəti yaşıllaşdırma aksiyası rayonun hər bir yaşayış məntəqəsində  təşkil olunmuşdu.  Aksiya zamanı ağacların dibləri yumşaldılıb və gövdələri zərərvericilərə qarşı ağardılmışdır.  Aqrotexniki qaydada həyata keçirilən qulluq zamanı meyvə bağlarında və yol kənarlarında alaq otları biçilərək ərazidən götürülüb. 
Aksiyada Şahbuz rayonunun idarə, müəssisə və təşkilatlarının nümayəndələri yüksək fəallıqla iştirak ediblər.

Nəşr edilib : 21.09.2024 21:20