Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistan...
13:00 03.05.2026
0
0
0
Şahbuz Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə qış mövsümü dövründə təhlükəsizlik tədbirlərinə həsr olunmuş seminar-müşavirə keçirilib.
Seminar-müşavirənin keçirilməsində məqsəd Şahbuz rayonu ərazisində qış mövsümündə baş verə biləcək partlayış, yanğın və dəm qazından zəhərlənmə hallarının qarşısının alınması, həmçinin qaz və elektrik təsərrüfatından təhlükəsiz istifadə qaydaları barədə əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi olub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndələri çıxış edərək payız-qış mövsümü dövründə ehtimal olunan fövqəladə hallara qarşı görülən preventiv tədbirlər, yaşayış evlərində və inzibati binalarda yanğın təhlükəsizliyi tələbləri, qaz cihazlarının istismarı zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunmasının vacibliyi barədə ətraflı məlumat veriblər.
Bildirilib ki, qış mövsümündə qaz və elektrik qurğularından düzgün istifadə edilməməsi ciddi fəsadlara yol aça bilər. Bu baxımdan, qazxanalarda mövsümü işçilərin müvafiq peşə kurslarına cəlb olunması, texniki təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi xüsusi vurğulanıb.
Seminar zamanı iştirakçılara qaz cihazlarından təhlükəsiz istifadə qaydalarına dair videomateriallar və slaydlar nümayiş etdirilib, mövzu ətrafında suallar cavablandırılıb.
Tədbirin sonunda Şahbuz Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Sənan Əliyarlı seminar-müşavirənin əhəmiyyətini qeyd edərək bu kimi maarifləndirici tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğulayıb.
Digər xəbərlər