NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Şahbuz rayonunda mülki müdafiə dəstələrinin hazırlığı yoxlanılıb

...

30-31 oktyabr tarixlərdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təkilatçılığı ilə “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda xəbərdarlıq və toplanış üzrə mülki müdafiə təlimi keçirilib.
  Təlimin keçirilməsində məqsəd rayon ərazi mülki müdafiə dəstələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlıq səviyyəsinin yoxlanılması olub.
Təlimə rayonun mülki müdafiə rəhbəri, rayon fövqəladə hallar üzrə komissiyası, mülki müdafiə qərargahı, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri, idarə, müəssisə və təşkilatlar cəlb olunub.
Təlimdə plana əsasən  şərti olaraq baş  vermiş  fövqəladə hal zamanı mülki müdafiə dəstələrinin müxtəlif xilasetmə, təmir-bərpa, mühafizə, ilkin tibbi  yardım və  epidemiya əleyhinə tədbirlərinin keçirilməsi   işləri üzrə hazırlıq  səviyyəsi  yoxlanılıb. Təlimə, ümumilikdə, 300-dən artıq şəxsi heyət və 50-dən artıq texnika cəlb olunub. 
Sonda təlimdə fərqlənən mülki müdafiə dəstələri Fövqəladə Hallar Nazirliyinin fəxri fərmanları ilə təltif olunublar.

Nəşr edilib : 01.11.2024 20:38