Naxçıvan Muxtar Respublikasında aprelin 19-na olan...
09:01 19.04.2025
0
0
0
Naxçıvan Muxtar Respublikasının şəhər və rayon tam orta məktəblərində təhsil alan IX-XI sinif şagirdlərin hərbi sahədə (xüsusi təyinatlı təhsil müəssisələrində) təhsil almasına təşviq edilməsi məqsədilə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində yaradılmış işçi qrup tərəfindən maarifləndirici təbliğat tədbirləri həyata keçirilir.
“Şərq qapısı” xəbər verir ki, bu məqsədlə növbəti təşviqedici görüş Şahbuz rayon məktəbliləri ilə keçirilib. Rayon Mədəniyyət Sarayında təşkil olunan tədbirdə Naxçıvan Hərbi Kollecinin və Təhsil Nazirliyinin əməkdaşları tərəfindən şagirdlərə Milli Müdafiə Universitetinin strukturları, xüsusi təyinatlı təhsil müəssisələrinə elektron sənəd qəbulunun şərtləri, fakültələr, kursantlar üçün birdəfəlik, aylıq ödəmələr, imtiyazlar və digər vacib məsələlər barədə ətraflı məlumatlar verilib, suallar cavablandırılıb.
Tədbirin əsas məqsədi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, gənc nəslin hərbi təhsilə marağının artırılması, eləcə də gələcək hərbi kadr ehtiyatının formalaşdırılması istiqamətində maarifləndirici işlərin aparılmasıdır.
Qeyd edək ki, maarifləndirici tədbirlər aprelin 24-dək davam etdiriləcək. Aprelin 26-da isə Naxçıvan Hərbi Kollecində şagirdlər üçün “Açıq qapı” gününün təşkil olunması nəzərdə tutulub.
Digər xəbərlər