Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempion...
22:56 21.04.2026
0
0
0
Tədbirdə şəhid anaları, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
"Şərq qapısı" xəbər verir ki, tədbirdə çıxış edən Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev Azərbaycan qadınının cəmiyyətin inkişafında, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında mühüm rol oynadığını qeyd edib. Bildirilib ki, Azərbaycan qadını tarixboyu öz müdrikliyi, vətənpərvərliyi və fədakarlığı ilə seçilərək ailənin, cəmiyyətin və dövlətin möhkəmlənməsinə mühüm töhfələr verib.
Rayon rəhbəri vurğulayıb ki, müasir dövrdə də qadınlar ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərərək cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Qeyd olunub ki, Azərbaycan qadını həm ailə dəyərlərinin qoruyucusu, həm də cəmiyyətin fəal üzvü kimi böyük nümunə göstərir.
Çıxışda, həmçinin bildirilib ki, ölkəmizdə qadınların hüquqlarının qorunması, onların cəmiyyətdə rolunun daha da gücləndirilməsi istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirilir. Bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həyata keçirilən Dövlət proqramları nəticəsində qadınların idarəetmədə, təhsildə, səhiyyədə, elm və digər sahələrdə fəaliyyəti daha da genişlənib.
Rəfael Babayev xüsusilə vurğulayıb ki, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin anaları və ailələri hər zaman böyük hörmət və ehtiramla yad olunur. Onların göstərdiyi fədakarlıq və vətənpərvərlik nümunəsi gənc nəsil üçün əsl örnəkdir.
Şəhid ailələri adından çıxış edən Mehparə Rzayeva Azərbaycanda qadınların ailə dəyərlərinin qorunmasında, milli-mənəvi ənənələrin yaşadılmasında və cəmiyyətin bütün sahələrində fəal rol oynadıqlarını qeyd edib. O, ölkə rəhbərliyinə bu sahədə həyata keçirilən tədbirlərə görə minnətdarlığını bildirib.
Sonda tədbirə dəvət olunan şəhid analarına, şəhid ailələrinə və rayonun ictimai həyatında fəallığı ilə seçilən bir qrup qadına hədiyyələr təqdim olunub.
Digər xəbərlər