NAXÇIVAN :

19 Aprel 2025, Şənbə

Küləkli hava şəraiti ilə bağlı narıncı xəbərdarlıq

...

Dekabrın 14-də Naxçıvan Muxtar Respublikasında gözlənilən küləkli hava şəraiti ilə bağlı narıncı xəbərdarlıq verilib.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin məlumatına görə, narıncı xəbərdarlığa uyğun olaraq muxtar respublikanın bütün rayonlarında, eləcə də Naxçıvan şəhərində fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti  20,8-25 m/san təşkil edəcək. 
Narıncı xəbərdarlığa uyğun olaraq ictimai təhlükəsizliyə, yaşayış sahələrinə və əmlaka risklər gözlənilir.

Nəşr edilib : 13.12.2024 21:17