Sabah Azərbaycanda 36 dərəcə isti olacaq
12:50 17.08.2026
0
0
0
Bu ilin yanvar-iyul aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 12 milyon 722 min 590,97 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.
Azərbaycandan ixrac edilən xam neftin dəyəri 8 milyard 32 milyon 903,55 min ABŞ dolları təşkil edib.
İxrac edilən xam neftin həcmi 2025-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 12,08 % az, dəyəri isə 4,86 % çoxdur.
Ötən 7 ayda Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 41,54 % olub.
Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 27,4 % azalıb.
Digər xəbərlər