DSMF son 7 ayda ödənilən müavinət və təqaüdün həcm...
11:30 17.08.2026
0
0
0
NAXÇIVAN :
17 Avqust 2026, Bazar ertəsi
Azərbaycan, Qazaxıstan və Qırğızıstanın tarixi-mədəni abidələri və arxeoloji irsinin qorunması, elmi əsaslarla öyrənilməsi və bu sahədə əməkdaşlığın inkişaf perspektivlərinə həsr olunan onlayn elmi-praktik konfrans keçirilib.
Bu barədə AMEA Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, konfrans Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun böyük elmi işçisi Aynur Həsənovanın moderatorluğu ilə təşkil olunub. Konfransda çıxış edənlər Azərbaycan, Qazaxıstan və Qırğızıstanın tarixi-mədəni irsinin yalnız ayrı-ayrı xalqların milli sərvəti deyil, eyni zamanda, Türk dünyasının ümumi tarixi-mədəni yaddaşının mühüm tərkib hissəsi olduğunu vurğulayıblar.
Tədbirdə Arxeologiya və Antropologiya İnstitutunun Rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini dosent Pərviz Qasımov, institutun aparıcı elmi işçisi dosent Şamil Nəcəfov, Qırğızıstanın Özgən Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Sultanbek Abdırahmanov, qoruğun direktor müavini Almazbek Anarbaev, Qazaxıstanın “Həzrət Sultan” Milli Tarix-Mədəni Muzey-Qoruğunun Tarix-Mədəni irs abidələrinin mühafizəsi və uçotu şöbəsinin inspektoru Səlimxan Səlxoçjayev məruzələrlə çıxış ediblər. Məruzələrdə üç ölkənin zəngin tarixi-mədəni və arxeoloji irsinin tədqiqi, mühafizəsi, rəqəmsallaşdırılması və muzeylərdə təbliği məsələlərinə toxunulub, bu sahələrdə mövcud təcrübə və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.
Konfransın yekununda Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında arxeologiya, tarix, muzeyşünaslıq və mədəni irsin mühafizəsi sahələrində elmi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün perspektivlərin müəyyənləşdirildiyi bildirilib.
Digər xəbərlər