COP29 Paris Sazişinin iki maddəsini qəbul edib
21:56 23.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
Oktyabrın 18-də İstanbulda Cənubi Qafqaz üzrə Regional Əməkdaşlıq Platformasının (3+3) üçüncü iclası keçiriləcək.
Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə keçiriləcək iclasda Azərbaycan, Rusiya, Ermənistan və İranın XİN rəhbərləri Ceyhun Bayramov, Sergey Lavrov, Ararat Mirzoyan və Abbas Arakçi iştirak edəcəklər.
İclasda bölgədə müharibə və qarşıdurmaların yerinə sabitliyin təmin edilməsi və rifahın artırılması məqsədilə atıla biləcək addımlar və regional əlaqələrin gücləndirilməsi istiqamətində konkret əməkdaşlıq layihələri müzakirə olunacaq, aktual regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.
Toplantıda Hakan Fidanın Türkiyənin Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi üçün göstərdiyi səylər, problemlərin həllində regional iştirakın ən səmərəli üsul olduğu, iqtisadi sahələrdə güvən yaradan tədbirlərin əhəmiyyəti, qarşılıqlı əlaqə və iqtisadi inteqrasiya, həmçinin Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları, prosesə Türkiyənin dəstəyi, buna bağlı olaraq Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi kimi mövzulara toxunacağı ehtimal olunur.
Toplantı çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan qonaq nazirləri qəbul edəcək. Hakan Fidanın isə həmkarları ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.
Görüşün sonunda iştirakçı ölkələr tərəfindən region dövlətlərinin öz aralarındakı problemləri dialoq yolu ilə həll etmələrinin vacibliyini vurğulayacaq ortaq bəyanatın qəbul edilməsi planlaşdırılır.
Bəyanatda BMT Nizamnaməsində qeyd edilən prinsiplərə əsaslanaraq, regionda siyasi mübahisələrin sülh yolu ilə həlli, suverenliyə, ərazi bütövlüyünə, siyasi müstəqilliyə hörmət, sərhədlərin toxunulmazlığı və güc tətbiq etməmə kimi məsələlər qeyd ediləcək, regional iqtisadi əməkdaşlığın etimad üzərində qurulması, rifahın artırılması və sabitliyin təmin edilməsində oynadığı mühüm rola diqqət yetiriləcək.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən qısa müddət sonra, 2020-ci ilin dekabr ayında Türkiyə və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə yaradılan Cənubi Qafqaz üzrə Regional Əməkdaşlıq Platforması region ölkələrinin problemləri və əməkdaşlıq imkanlarını müzakirə edə biləcəkləri bir platforma rolunu oynayır. Platformanın ilk toplantısı 2021-ci ildə Moskvada xarici işlər nazirlərinin müavinləri, ikinci toplantısı isə 2023-cü ildə Tehranda XİN başçıları səviyyəsində baş tutub.
Digər xəbərlər