NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Sabah Bakıda COP29 öncəsi konfrans başlayır

...

Bakıda 10-11 oktyabr tarixlərində BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-Cop29) keçiriləcək.

"Şərq qapısı" tədbirin təşkilatçılarına istinadən xəbər verir ki, konfrans “Ambisiyaların gücləndirilməsi və fəaliyyətin təmin edilməsi” adlanır.

Açılış mərasimində COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev, COP28-in prezidenti Sultan Əl Cabir, BMT-nin Baş katibinin müavini Əminə Ceyn Məhəmməd, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil və köməkçi icra orqanının (SBI) sədri Nabil Munir iştirak edəcəklər.

Panel müzakirələri çərçivəsində COP29 üçün uğurlu nəticələrin əldə edilməsi yolları müzakirə olunacaq.

İki gün davam edəcək tədbir Heydər Əliyev Mərkəzində keçiriləcək.

Nəşr edilib : 09.10.2024 14:02