NAXÇIVAN :

03 Iyun 2025, Çərşənbə axşamı

Rusiyada Su-25 təyyarəsi qəzaya uğrayıb

...

Rusiyanın Primorye diyarında Su-25 təyyarəsi təlim-məşq uçuşu zamanı qəzaya uğrayıb.
“Şərq qapısı” Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Pilot katapult edib və axtarış-xilasetmə qrupu tərəfindən aşkar olunub. Hərbi qurum əlavə edib ki, pilotun həyatı və sağlamlığı üçün təhlükə yoxdur.
“Uçuş döyüş sursatı olmadan həyata keçirilib. Təyyarə insanların olmadığı əraziyə düşüb və düşdüyü yerdə heç bir dağıntı yoxdur”, - deyə Rusiya Müdafiə Nazirliyi bildirib.
İlkin məlumata görə, qəzaya səbəb texnik nasazlıq olub. Rusiya Aerokosmik Qüvvələrinin komissiyası qəza yerinə yollanıb.
Zirehli hücum təyyarəsi olan Su-25 “Qraç” döyüş sahəsində hədəfi görmə zonasında quru qoşunlarına birbaşa dəstək vermək, həmçinin təyin olunmuş koordinatlara malik hərəkət edən və etməyən yerüstü və azsürətli hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub. Təyyarənin ekipajı bir nəfərdən ibarətdir.

Nəşr edilib : 24.03.2025 17:19