Azərbaycan və Efiopiya XİN-ləri arasında siyasi mə...
22:39 16.01.2025
0
0
0
AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Moskva və Bakı arasında bütün səviyyələrdə təmas qurulub.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O qeyd edib ki, “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması həm Rusiya, həm də Azərbaycan üçün faciədir. Rusiyalı diplomatın sözlərinə görə, Moskva ilə Bakı arasında istintaq orqanları da daxil olmaqla bütün səviyyələrdə təmas qurulub.
M.Zaxarova deyib: “Bilirəm ki, təkcə bu faciədə yaxınlarını itirənlərə deyil, Azərbaycanın hər bir vətəndaşına həqiqəti bilmək vacibdir. Bizim ölkəmizə də bu həqiqət heç də az lazım deyil. Zənnimcə, həqiqəti axtarmaq üçün səyləri birləşdirmək naminə hər şeyi etmək gərəkdir”.
Digər xəbərlər