NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Rezidentura səviyyəsinə əlavə yerləşdirmə ilə qəbul olunanların qeydiyyat prosesinə start verilir

...

Sentyabrın 5-də ali təhsil pilləsinin rezidentura səviyyəsinə əlavə yerləşdirmə (II tur) ilə qəbul olunan şəxslərin qeydiyyat prosesinə start verilir.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, namizədlər https://portal.edu.az/ saytında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalanın qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat 10 sentyabr saat 18:00-da başa çatacaq.

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar.

Nəşr edilib : 05.09.2024 10:22