Çernobıl AES-də baş verən qəzadan 39 il ötür...
00:20 26.04.2025
0
0
0
NAXÇIVAN :
26 Aprel 2025, Şənbə
Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Rəqəmsallaşma və Qanunvericilik” mövzusunda hibrid vebinar keçirilib.
Vebinarı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Rahid Ələkbərli mövzunun əhəmiyyətdən danışıb. Rəqəmsal cəmiyyət quruculuğu, rəqəmsallaşmanın sosial-iqtisadi aspektləri, rəqəmsal təhlükəsizlik eləcə də, rəqəmsallaşmanın gündəlik həyatımıza göstərdiyi təsirdən danışaraq bildirib ki, rəqəmsal texnologiyaların müasir dünyamızın inkişafındakı rolu danılmazdır. Bu məqsədlə muxtar respublikada da bu sahənin sürətli inkişafı istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Həmçinin, vebinarda açılış nitqi söyləyən Naxçıvan Muxtar Respublikasının ədliyyə nazirinin vəzifəsini müvəqqəti icra edən, nazir müavini Hüseyn Səfərov çıxışı zamanıvurğulayıb ki, konstitusiya, bir ölkənin düzgün idarəetmə formasını, vətəndaşların hüquq və azadlıqlarını təmin edilməsində böyük rola malikdir. Bu sənəd müstəqil dövlət anlayışının hüquqi ifadəsidir.
Daha sonra vebinardahər iki Nazirliyin əməkdaşları“Rəqəmsal inkişaf və dövlət”, “Tarixin izi ilə, ali qanunun hazırlanması və Konstitusiya anlayışlar-mahiyyət”, “Konstitusiya nəzarət mexanizmi və normayaratma prosesində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin rolu”, “Suverən Azərbaycan Respublikası” və “Ədliyyə fəaliyyəti konstitusion əsasda, Konstitusiya və suverenlik hüquqi dövlət nəzdində” mövzularında təqdimatlar edib və interaktiv müzakirələr keçiriblər.
Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində istehsalat təcrübəsi keçən tələbələrin və “Rəqəmsal” könüllülərin də iştirak etdiyi vebinarda çıxışlar zamanı rəqəmsal texnologiyaların tətbiqi yolu ilə dövlət idarəetməsinin təkmilləşdirilməsi, rəqəmsal transformasiyanın sürətləndirilməsi və rəqəmsal mühitə keçidin o cümlədən, rəqəmsal savadlılığın artırılması, kibertəhlükəsizlik, süni intellekt və innovativ yeniliklərin qarşıya qoyduğu əsaslı çağırışlardan bəhs ediblər. Həmçinin vebinarda konstitusiya normalarının tətbiqi, normayaratma prosesləri və suverenliyin müasir çağırışlara uyğun qorunması mövzusunda fikirlərini bölüşüblər.
Vebinarda iştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü ildə imzaladığı Sərəncama əsasən, 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib və bu çərçivədə müvafiq tədbirlərin keçirilməsi davam etdirilir.
Digər xəbərlər