Güclü leysan Tbilisi və ətraf bölgələrdə ciddi fəs...
23:51 14.08.2026
0
0
0
NAXÇIVAN :
15 Avqust 2026, Şənbə
Son 25 il Türkiyə tarixində uğurlu transformasiya prosesi ilə yadda qalıb. Müdafiə sənayesindən xarici siyasətə qədər bütün sahələrdə öz gələcəyini formalaşdıran güclü dövlət formalaşıb.
"Şərq qapısı" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə bildirib. Ankaradakı Millət Parkında toplaşan vətəndaşara müraciət edən Türkiyə lideri 14 avqust 2001-ci ildə təsis edilən AK Partinin şuarının "Artıq heç nə əvvəlki kimi olmayacaq" olduğunu xatırladıb. Prezident Ərdoğan bildirib ki, Ədalət və İnkişaf Partiyası böhranların yükünü daşıyan, parlaq gələcək uğrunda mübarizə aparan milyonlarla insan üçün ümid mənbəyinə çevrilib. Onun sözlərinə görə, son 25 ildə ölkənin inkişafına qoyulan investisiyalar müasir Türkiyənin uğurlu inkişafının əsasını təşkil edir: “Ölkəmizin illik ixracı 36 milyard dollardan 278 milyard dollar səviyyəsinə yüksəlib. Milli gəlirimiz 240 milyard dollardan 1,6 trilyon dollara çatıb. Vaxtilə xaricdən piyada tüfənglərini belə idxal etməyə məcbur olan Türkiyə bu gün öz hərbi gəmilərini, dronlarını, helikopterlərini, tanklarını, raketlərini və sualtı qayıqlarını istehsal edən nəhəng bir gücə çevrilib”.
“Terrorsuz Türkiyə” istiqamətində ciddi addımlar atıldığını xatırladan ölkə başçısı deyib: “Terrorun sonu bu gün kimləri kədərləndirir? Türkiyəyə qarşı planları olanları! Bu qanayan yaradan daha 40 il faydalanmaq istəyən qüvvələri. Bu ölkədə analar artıq ağlamayacaq, uşaqlar yetim, qadınlar dul qalmayacaq. Ölkəmizin enerjisi boşa getməyəcək”.
Türkiyə lideri daha sonra ölkəsinin xarici siyasətinə diqqət yetirib. “Çoxqütblülüyə doğru transformasiya olan beynəlxalq sistemin fəal iştirakçısına çevrilən Ankara milli maraqları müdafiə etməklə yanaşı, diplomatiyaya, dialoqa və humanitar məsuliyyət prinsipinə üstünlük verir. Biz regionda sabitliyi gücləndirməyə və daha ədalətli dünya nizamına töhfə verməyə çalışırıq", - deyə Ərdoğan vurğulayıb.
Prezident Ədalət və İnkişaf Partiyasının seçdiyi yolla qətiyyətlə irəliləməyə davam edəcəyini ifadə edib: “AK Parti Türkiyənin nailiyyətlərinin arxasında duran hərəkətverici qüvvədir. Keçmişin təcrübəsini gələcəyin imkanları ilə birləşdiririk. Hələ görüləsi çox işimiz var. Tarix yenidən yazılır. “Böyük Türkiyə Cümhuriyyəti” gəlir", - deyə siyasətçi vurğulayıb.
Digər xəbərlər