Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ...
21:17 18.04.2025
0
0
0
Naxçıvan Dövlət Filarmoniyasının Xalq çalğı alətləri orkestri və Xor kollektivi Ramiz Mirişlinin əsərlərindən ibarət konsert proqramı ilə Şahbuz Rayon Mədəniyyət Sarayında çıxış edib. Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Orkestrin bədii rəhbəri-dirijoru, Prezident mükafatçısı Hakim Məmmədovun və Prezident mükafatçısı İlhamə Şirəliyevanın rəhbərliyi ilə keçirilən konsertdə Naxçıvan Muxtar Respublikasının Əməkdar artisləri – Ruhiyyə Hüseynova, Xatirə Səfərova, Prezident mükafatçıları – İlkin Abdullayev, Nərmin Hüseynova, İsrafil Qibləliyevlə yanaşı ,Əfsanə Babayeva, Bəhruz Quliyev ifalarında “Məşəl kimi yanan ürək”, “Bir könül sındırmışam”, “İlk sevgim”, “Səadət”, “Xəyala döndü”, “Bir xumar baxışla”, “Oxu bülbül” və digər musiqi nömrələri təqdim olunub.
Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Digər xəbərlər