Kəngərlidə Milli Müdafiə Universitetinin təhsil mü...
14:47 18.04.2025
0
0
0
Şahbuz Rayon Mədəniyyət Sarayında keçirilən konsertdə Azərbaycan bəstəkarı, Azərbaycan SSR Xalq artisti, professor Ramiz Mirişlinin əsərləri təqdim olunub. Konsert başlamadan əvvəl Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Bəstəkar Ramiz Mirişlinin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilib, qeyd edilib ki, geniş yaradıcılıq diapazonuna malik olan Ramiz Mirişli peşəkar bəstəkar, mahir musiqiçi, dərin milli estetikaya malik sənətkar olaraq Azərbaycanın musiqi mədəniyyəti xəzinəsini öz əsərləri ilə daha da zənginləşdirmişdir.
Konsertdə Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Ruhiyyə Hüseynova, Xatirə Səfərova, Prezident mükafatçıları İlkin Abdullayev, Nərmin Hüseynovanın ifalarında və digər musiqi nömrələri təqdim edilib, ifalar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Digər xəbərlər