NAXÇIVAN :

21 Aprel 2025, Bazar ertəsi

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən növbəti yoxlama

...

Naxçıvan şəhəri Ə.Əliyev küçəsində fəaliyyət göstərən “Dan yeri” marketdə Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama həyata keçirilib.
"Şərq qapısı" xəbər verir ki, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, satışda olan "Sprite" markalı qazlı içkilərin yararlılıq müddətinin bitdiyi, yararlılıq müddəti bitmiş kolbasa və quş əti məhsullarının satışda olan yağ məhsulları ilə birgə eyni soyuducuda saxlanıldığı, mal qonşuluğu prinsipinə, temperatur rejiminə əməl edilmədiyi, qida məhsullarının saxlandığı anbarda təmizliyə riayət olunmadığı və dezinfeksiya işlərinin aparılmadığı aşkarlanıb. Aşkar olunan uyğunsuzluqlarla bağlı marketin vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunub və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Nəşr edilib : 09.12.2024 15:29