XİN Fransadakı iğtişaşlarla bağlı vətəndaşlara xəb...
18:50 20.10.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Hərbi-vətənpərvərlik: vətəndaşlıq borcumuz, konstitusion vəzifələrimiz və məsuliyyətimiz” mövzusunda tədbir keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbirdə çıxış edənlər hər bir insanın vətəndaşı olduğu ölkə qarşısında müəyyən vəzifə və mənəvi məsuliyyət daşıdığını, vətəndaşların konstitusion vəzifələri olduğunu, cəmiyyətdə hər bir şəxsin davranışı və fəaliyyətinin onun əməllərində ifadə olunduğunu vurğulayıblar. Bildirilib ki, bu, hüquqauyğun davranış hesab edilir. Hüquqauyğun davranış isə dövlətin hüquq normalarında nəzərdə tutulan ictimai və şəxsi mənafelərin ödənilməsinə yönəlmiş sosial, faydalı hərəkətdir.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Digər xəbərlər