Türkiyə XİN başçısı Suriyada səfərdədir
17:09 22.12.2024
0
0
0
Fransa tərəfi Azərbaycana qarşı növbəti dəfə təxribata yol vermişdir. Bu ölkənin Xarici İşlər Nazirliyi Azərbaycan ilə bağlı sentyabrın 4-də dərc etdiyi səyahət xəbərdarlığında ölkəmizin hüquq sisteminə kölgə salmağa və “dağlıq qarabağ muxtar vilayəti”, “ətraf rayonlar” kimi ifadələrdən istifadə edərək Azərbaycanın ərazi bütövlüyünə xələl gətirməyə cəhd göstərmişdir.
Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
Bəyanatda, həmçinin qeyd olunub: "BMT Nizamnaməsi ilə üzərinə düşən de-kolonizasiya öhdəliklərini yerinə yetirməyən, neo-kolonializm siyasəti aparan və bununla da milyonlarla insanın təməl hüquqlarını pozan Fransanın insan hüquqlarından danışmağa haqqı yoxdur. Ermənistanın ən azı sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, Fransanın buna getməməsi onun Azərbaycana qarşı nə dərəcədə qərəzli yanaşdığını göstərir".
Digər xəbərlər