NAXÇIVAN :

05 Fevral 2025, Çərşənbə

"Qəhrəmanlar unudulmur" layihəsi çərçivəsində tədbir keçirilib

...

Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Naxçıvan Şəhər Təhsil Şöbəsinin dəstəyi ilə dekabrın 9-da 2 nömrəli tam orta məktəbdə şəhid ailələrinin iştirakı ilə "Qəhrəmanlar unudulmur" layihəsi çərçivəsində tədbir keçirilib. İlk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxış edərək vurğulayıb ki, 30 il düşmən işğalında qalan torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz tərəfindən 44 gün ərzində düşmən tapdağından azad edildi. 2023-cü il sentyabrın 19-da düşmənin terroruna antiterror əməliyyatı ilə cavab verən ordumuzun sayəsində ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olundu. Ali Baş Komandanımızın müvafiq Sərəncamı ilə sentyabrın 19-u ölkəmizdə "Suverenlik Günü" kimi təsis olundu. Tədbirdə təhsil şöbəsinin əməkdaşı Ceyran Məmmədova, şəhid anası Rəna Hüseynova, məktəbin direktoru  Gülsarə Süleymanova və məktəbin hərbi rəhbəri Novruz Novruzov çıxış  ediblər. Şagirdlər tərəfindən vətənə, şəhidlərimizə həsr olunan şeirlər və mahnılar şəhid ailələri və  tədbir iştirakçıları tərəfindən  razılıqla qarşılandı. Sonda şəhid ailələri ilə xatirə şəkli çəkdirildi.

Nəşr edilib : 09.12.2024 18:10