NAXÇIVAN :

06 Oktyabr 2026, Çərşənbə axşamı

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

...

Qazaxıstan və Oman nəqliyyat və logistika sahəsində əməkdaşlığı, o cümlədən Oman limanları vasitəsilə ticarət dəhlizini və iki ölkə arasında hava əlaqəsini inkişaf etdirmək niyyətindədir.

"Şərq qapısı" Akordaya istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Oman Sultanı Heysəm bin Tariq Al Səidin Astanada keçirilən danışıqları zamanı bildirilib.

Oman Sultanı qeyd edib ki, Qazaxıstan Asiya ilə Avropanı birləşdirən əsas qlobal ticarət dəhlizləri üzərində strateji mövqeyə malikdir, Oman isə Körfəzi, Hind okeanını, Asiya və Afrikanın əsas bazarlarına birbaşa dəniz çıxışı təmin edir.

Onun sözlərinə görə, bu bir-birini tamamlayan üstünlüklərdən istifadə iki ölkə arasında iqtisadi artım və əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli imkanlar yaradır.

Danışıqların yekununda tərəflər energetika, nəqliyyat və logistika, kənd təsərrüfatı, informasiya texnologiyaları, rəqəmsallaşma və səhiyyə sahələrini əhatə edən ikitərəfli sazişlər paketi imzalayacaqlar.

Nəşr edilib : 06.10.2026 13:40