NAXÇIVAN :

27 Noyabr 2026, Cümə

Çeşməbasar və Güznüt kəndlərində kənddaxili avtomobil yollarının əsaslı təmiri davam etdirilir

...

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncama uyğun olaraq Babək rayonunun Çeşməbasar və Güznüt kəndlərində kənddaxili avtomobil yollarının əsaslı təmiri işləri aparılır.
"Şərq qapısı" xəbər verir ki, layihə çərçivəsində Çeşməbasar kəndində 7,6 kilometr, Güznüt kəndində isə 17,8 kilometr uzunluğunda kənddaxili avtomobil yollarının əsaslı təmiri nəzərdə tutulub.
Hazırda Çeşməbasar kəndində asfalt örtüyünün döşənməsinə başlanılıb və 300 metrdən çox yola 1-ci qat asfalt örtüyü verilib. Həmçinin təmir işləri zamanı su keçidləri də salınıb.
Təmir işlərinin yekunlaşması nəticəsində kənddaxili yol infrastrukturu yenilənəcək, sakinlərin rahat və təhlükəsiz gediş-gəlişi üçün əlverişli şərait yaradılacaq.

Nəşr edilib : 27.11.2026 14:51