Slovakiyanın Baş prokuroru "ASAN xidmət"də
15:37 27.11.2026
0
0
0
NAXÇIVAN :
27 Noyabr 2026, Cümə
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində növbəti dəfə Gələcəyin Peşələri Sammiti keçirilib.
“Sərhədləri aşan imkanlar” devizi altında baş tutan tədbir Naxçıvanın strateji mövqeyi və potensialı əsasında insan kapitalının inkişafı, gələcəyin peşələri, innovasiya və regional əməkdaşlıq imkanlarını müzakirə edən, dövlət, özəl, təhsil və beynəlxalq tərəfdaşları bir araya gətirən platforma yaratmaq məqsədi daşıyıb.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, digər dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, özəl sektorun nümayəndələri, karyera məsləhətçiləri, insan resursları üzrə mütəxəssislər, təhsil ekspertləri, inkişaf mentorları iştirak ediblər.
Anar Əliyev Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın 2026-2030-cu illər üzrə Tədbirlər Planını, Strategiya əsasında aktiv məşğulluq tədbirlərinin genişləndiyini qeyd edib. O, peşə hazırlığı sisteminin müasir çağırışlara uyğun inkişaf etdirilməsi, gənclərin peşə və ixtisas seçiminə dəstək işlərini, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması üçün 1698 peşə və kvalifikasiya standartının hazırlanaraq istifadəyə verildiyini diqqətə çatdırıb.
Nazir vurğulayıb ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu ilin avqust ayında açılışı olan Naxçıvan Regional DOST Mərkəzi muxtar respublikada da əhalinin sosial xidmətlərə əlçatanlığını yüksəltməyə, sosial xidmətlərin operativ və keyfiyyətlə təqdim olunmasına imkan yaradıb. Gələn il DOST xidmətləri şəbəkəsinin bütün muxtar respublikanı əhatə etməsi nəzərdə tutulur və hazırda Naxçıvan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi də yaradılır.
Ötən dövrdə muxtar respublikada şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 395, o cümlədən cari ildə 68 mənzil verildiyini deyən Anar Əliyev əmək bazarının tələbləri ilə təhsil sistemi arasında əlaqələrin önəmini, təhsil və peşə hazırlığı proqramlarının işəgötürənlərin iştirakı ilə hazırlanmalı olduğunu qeyd edib. Bildirib ki, tələbələr karyera xidmətlərinə ilk kurslardan qoşulmalı, real layihələr, mentorluq, sertifikat proqramları ilə real təcrübə qazanmalıdırlar. Məqsədimiz gənclərə yalnız mövcud əmək bazarında yer tapmaqda deyil, həm də gələcəyin əmək bazarına hazırlaşmaqda dəstək olmaqdır.
Ceyhun Cəlilov Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikası ilə bağlı müəyyən etdiyi əsas strateji inkişaf istiqamətinin nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı olduğunu, bu istiqamətdə aparılan ardıcıl işləri diqqətə çatdırıb. Qeyd edib ki, yeni reallıq Naxçıvanın Şərq-Qərb və Şimal-Cənub dəhlizinin qovşaq nöqtəsinə çevrildiyini göstərir. Bununla əlaqədar muxtar respublikanın gələcək inkişafında nəqliyyat-logistika infrastrukturunun təkmilləşdirilməsi üçün kadr potensialının formalaşdırılması mühüm prioritetlərdən biridir.
Səlahiyyətli nümayəndə Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvan Muxtar Respublikasının da “yaşıl enerji zonası” elan edildiyini, muxtar respublika üçün ikinci mühüm inkişaf istiqamətinin də bununla bağlı olduğunu deyib. O, muxtar respublikanın növbəti mərhələdə “yaşıl enerji “ mənbələri hesabına inkişafı istiqamətində icra olunan layihələri qeyd edib. Həmçinin aqrar sahədə müasir emal sənayesinin qurulması, turizm potensialının düzgün idarə olunması, mineral xammal ehtiyatlarının səmərəli istifadə edilməsinin qarşıda duran əsas vəzifələr olduğunu bildirən Ceyhun Cəlilov bu məqsədlərə nail olmaq üçün insan kapitalının inkişaf etdirilməsi, əmək bazarının tələbatına uyğun ixtisaslı kadrların yetişdirilməsinin önəmini qeyd edib.
Tədbir çərçivəsində “İmkanları dəyərə çevirək” adlı panel müzakirə təşkil olunub. Paneldə Naxçıvanın gələcək əmək bazarı, gənclərin regionda uğurlu karyera qurması üçün dəstək mexanizmləri, süni intellekt dövründə texniki və davranış bacarıqlarının balansı, universitet— işəgötürən əməkdaşlığı kimi mövzular müzakirə edilib.
Sammitdə “Gələcəyi birlikdə qururuq” adlı vörkşop təşkil olunub, “Birlikdən formalaşan gələcək” və “İnsan kapitalı: gələcəyin ən böyük sərmayəsi” mövzularında məruzələr təqdim edilib.
Digər xəbərlər