103 yaşlı həmişəcavanımız
13:34 22.11.2024
0
0
0
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksələn Naxçıvan şəhərinin Qaraxanbəyli kəndindən olan şəhidimiz Pərviz Məmmədzadənin əziz xatirəsinə ucaldılmış şəhidlər bulağının açılışı olub.
Tədbirə başlamazdan öncə şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilərək Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Açılış mərasimində qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində Şanlı Zəfər qazandı. Bununla da ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan igid övladlarımızın qanı yerdə qalmadı.
Vurğulanıb ki, ölkəmizdə şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi üçün hər zaman xüsusi diqqət göstərilir və şəhidlərimizin bizə əmanəti olan ailə üzvlərinin qayğıları ilə mütəmadi maraqlanılır. Muxtar respublikamızda da şəhid və qazi ailələrinə ehtiramla yanaşılır, onların rastlaşdıqları problemlərin həlli diqqət mərkəzində saxlanılır.
Aidə İBRAHİMOVA
Digər xəbərlər