Kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıql...
14:27 12.05.2026
0
0
0
Qarabağ Universitetinin yeni rəsmi veb-saytı istifadəyə verilib.
"Şərq qapısı" xəbər verir ki, müasir texnoloji tələblər və istifadəçi rahatlığı nəzərə alınaraq hazırlanmış https://qu.edu.az platforması universitetin fəaliyyəti barədə məlumatların daha operativ, əlçatan və sistemli şəkildə təqdim olunmasını təmin edir.
Bu, dünyanın nüfuzlu universitetlərinin istifadə etdiyi “Drupal” platformasında qurulmuş ilk yerli universitet veb-saytıdır. Veb-sayt yenilənmiş dizaynı, təkmilləşdirilmiş strukturu və funksionallığı ilə seçilir. Platformada universitetin fakültələri, ixtisasları, tədris imkanları, elmi fəaliyyəti, beynəlxalq əməkdaşlıqları, eləcə də son xəbərlər və elanlar barədə ətraflı məlumat yer alır. Bununla yanaşı, sayt tələbələr, abituriyentlər, universitetin akademik və inzibati heyəti üçün vacib məlumatlara daha sürətli çıxış imkanı yaradır.
Digər xəbərlər