NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

“Qafqazinfo”nun 15 yaşı tamam olur

...

Bu gün “Qafqazinfo” xəbər portalının yaranmasının növbəti ildönümüdür.

"Şərq qapısı" xəbər verir ki, 2010-cu il avqustun 16-da kiçik bir kollektivlə fəaliyyətə başlayan saytın hazırda rəsmi olaraq 30-dan çox əməkdaşı var.

Ölkədə və dünyada baş verən hadisələri işıqlandıran “Qafqazinfo”da Azərbaycan və rus dillərində hər gün 100-dən çox xəbər dərc olunur, sayt 24 saat fasiləsiz yenilənir.

“Qafqazinfo”nun sosial şəbəkələri Azərbaycan seqmentində ən çox baxış sayı toplayan platformalardan biridir.

“Qafqazinfo”da çalışan həmkarlarımızı təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq!

Nəşr edilib : 16.08.2025 09:55