İstehsalat təcrübəsini müvəffəqiyyətlə başa vuran ...
23:06 24.04.2025
0
0
0
NAXÇIVAN :
25 Aprel 2025, Cümə
24 aprel 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Şərur rayonu Yengicə kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Aysel Zeynalabdinova cəmiyyət üçün sözügedən mövzunun aktuallığına diqqəti çəkmişdir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, Azərbaycan xalqının mənəvi dəyərlərinin formalaşması, inkişaf və qorunmasında qadınlarımızın müstəsna rolu olmuşdur. Qadının ailədə ilk işi milli dəyərləri övladlarına aşılamaqdır. Bu dəyərlər içərisində ailədə və cəmiyyətdə etik davranışlar və etik qaydalar daxildir. Bu gün Azərbaycan ailələrində ailə üzvlərinin bir-birinə nəvazişi, nəzakəti, hörmətinin belə yüksək zirvədə olması milli dəyərlərimizin cəmiyyətdə, ailədə yüksək formada təkmilləşməsi, ailə dəyərlərimizin bu səviyyəyə çatmasında qadının rolu kifayət qədər nəzərəçarpandır.
Ailədə sağlam mühitin formalaşması məsələsindən danışarkən şəxsiyyət məsələsinə xüsusi toxunmaq lazımdır. Böyük şəxsiyyətlər məhz ailə tərbiyəsi əsasında formalaşmışlar. Bu şəxsiyyətlərin bütün əxlaqi keyfiyyətlərə yiyələnməsi, torpağına, el-obasına və milli mentalitetə bağlı olması, qadın-kişi münasibətlərində etik normaların gözlənilməsi məhz ailədən qaynaqlanır. Bunları həyata keçirən də elə qadınlarımızdır.
Erkən nikah ailə məsələlərində ciddi məqamlardan biridir, ailənin və ailə üzvlərinin taleyinə birbaşa təsir edir. Bu absurd nikah əsasında qurulan ailələrdə nikahın pozulması, məişət zorakılığı, xəstə uşaqların dünyaya gəlməsi, fiziki-psixoloji çətinliklər, təhsildən məhrum edilmə və şəxsi azadlıqların itirilməsi kimi mənfi nəticələr qaçılmazdır. Erkən nikah halları fiziki, əqli, psixoloji və emosional təsirə malik olub, qızların fərdi inkişafını və gələcək imkanlarını məhdudlaşdırmaqla yanaşı, yaşamaq üçün çox təhlükəli HİV, QİÇS, xərçəng və digər bu kimi xəstəliklərə yeni üfüqlər açır. Erkən nikahlar təhsil artırmaq həvəsini və imkanlarını azaldır və savadsızlığın artmasına səbəb olur. Çünki erkən nikaha daxil olan qızların əksəriyyəti, nəinki ali təhsil, tam orta təhsil belə almır. Bu daha bir problemin təməlini qoyur. Belə ki, təhsilin yetərincə olmaması cəmiyyətin inkişafında qadınların rolunu məhdudlaşdırır, balans pozulur.
Daha sonra Naxçıvan Dövlət Universitetinin Klinik fənlər və hərbi tibb kafedrasının müdiri, tibb elmləri üzrə fəlsəfə doktoru, dosent Gültəkin Əliyeva çıxış edərək vurğulayıb ki, reproduktiv sağlamlıq həm ayrı-ayrı şəxslər, həm də, bütövlükdə, ailə üçün böyük əhəmiyyət kəsb edərək cəmiyyət və millətin sosial-iqtisadi inkişafının səviyyəsini xarakterizə edir. G. Əliyeva, həmçinin qeyd etmişdir ki, hamiləliyin rahat keçməsi üçün gələcək analar, ilk növbədə, öz sağlamlıqlarına diqqət yetirməli və bu dövr haqqında kifayət qədər maariflənməlidirlər.
Digər xəbərlər