NAXÇIVAN :

24 Aprel 2025, Cümə axşamı

Azərbaycan hərbçiləri “KURTARAN-2025” təlimlərində iştirak edəcək

...

Türkiyənin Marmaris şəhərində aprelin 30-dək keçiriləcək “KURTARAN-2025” adlı beynəlxalq təlimlərdə iştirak etmək məqsədi ilə Azərbaycan hərbçiləri qardaş ölkəyə yola düşüb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimlərdə Türkiyənin Hərbi Dəniz Qüvvələrinin, Quru Qoşunlarının, Hərbi Hava Qüvvələrinin və Sahil Mühafizə Qüvvələrinin iştirakı nəzərdə tutulub.

Təlimlər zamanı həmçinin “Yüksək səviyyəli müşahidəçi günü”nün keçirilməsi də planlaşdırılıb.

Plana uyğun olaraq təlimlər çərçivəsində müxtəlif qoşun növləri qarşılıqlı əlaqədə qarşıya qoyulmuş tapşırıqları icra edəcəklər.

Nəşr edilib : 24.04.2025 18:16