Diplomatik korpusun nümayəndələri Laçında
12:11 02.05.2026
0
0
0
"Şərq qapısı" xəbər verir ki, aprelin 24-də Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə Baş Prokurorluq, Hərbi Prokurorluq, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları, prokurorluğun veteranları, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi, nazirliyin əməkdaşları, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, eləcə də ekokönüllülərin iştirakı ilə növbəti ağacəkmə kampaniyası keçirib.
Tədbir çərçivəsində Abşeron yarımadası və Naxçıvan Muxtar Respublikasında torpaq-iqlim şəraitinə uyğun, ümumilikdə, 800-dən çox zeytun, Eldar şamı, həmçinin digər dekorativ və meyvə ağacları əkilib.
Kampaniyadan sonra prokurorluğun veteranları ilə görüş keçirilərək onlarla səmimi söhbətlər edilib.
Digər xəbərlər