Sabah hava əsasən yağmursuz keçəcək
13:05 18.09.2026
0
0
0
Postmüharibə dövründə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 7 min 300, ümumilikdə isə onlara 16 mindən çox mənzil verilib.
"Şərq qapısı" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev deyib.
O bildirib ki, bundan əlavə, əlilliyi olan şəxslərə 567 avtomobil verilib. Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə yönələn müavinət və təqaüdlər də orta hesabla 2 dəfədən çox artırılıb.
“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişləndirilib. Eyni zamanda, bu kateqoriyalara aid vətəndaşların məşğulluq məsələlərinin həlli, reabilitasiya xidmətləri ilə təminatı sahələrində də ardıcıl işlər aparılır",- deyə Rəşad Mustafayev qeyd edib.
Digər xəbərlər