Azərbaycan Respublikası Prezidentinin Fərmanı
15:13 15.01.2026
0
0
0
NAXÇIVAN :
15 Yanvar 2026, Cümə axşamı
Bizi səssizcə, amma qətiyyətlə qoruyan, yolumuza təhlükəsizlik, yaşadığımız mühitə əminlik bəxş edən bir qüvvə var – bu, polisdir.
Polis nəinki qanun keşikçisidir, eyni zamanda dost, çətin anda qapısını döyəcəyimiz, ehtiyacda üz tutacağımız ilk ünvandır. Onların nə gecəsi var, nə də gündüzü. Bu peşə sahibləri nə qışın ayazından, nə də yayın istisindən çəkinirlər. Daim ayıq-sayıqdırlar xalqı və dövləti üçün.
Ümummilli Lider Heydər Əliyev demişdir: “Azərbaycan polisi xalqın təhlükəsizliyinin, dövlətin əmin-amanlığının qarantıdır”.
Bu fikir bu gün də aktuallığını qoruyur, xüsusən də Naxçıvanda. Son üç ildə Naxçıvan Muxtar Respublikasında daxili işlər orqanlarının fəaliyyəti yeni bir mərhələyə qədəm qoyub. Struktur islahatları, texniki təchizatın yenilənməsi, gənc kadrların işə cəlb olunması və etik davranış prinsiplərinə üstünlük verilməsi bu sahədə ciddi keyfiyyət dəyişikliklərinə səbəb olub.
Yol təhlükəsizliyindən tutmuş ictimai asayişə qədər hər sahədə müşahidə olunan nizam-intizam, çeviklik və operativlik vətəndaşlarda daxili işlər orqanlarına olan inamı əhəmiyyətli dərəcədə artırıb. İnsanlar artıq polisə, sadəcə, nəzarət orqanı kimi deyil, eyni zamanda onların hüquqlarını qoruyan, güvən verən bir qurum kimi baxırlar.
Naxçıvanda təhlükəsiz mühitin formalaşması, ailələrin, uşaqların, yaşlıların özlərini rahat hiss etməsi, eləcə də ictimai sabitliyin qorunması bu peşəyə olan hörməti daha da yüksəldir. Bu gün daxili işlər orqanlarının fəaliyyəti obyektiv olaraq yüksək dəyərləndirilir. Onların gündəlik fəaliyyəti, məsuliyyəti və fədakarlığı sabitliyin əsasını təşkil edən görünməz, amma vacib qüvvədir.
Bu əlamətdar gündə Vətən və xalq yolunda canını fəda etmiş bütün şəhid polis əməkdaşlarını da dərin ehtiramla anırıq. Onların fədakarlığı, göstərdikləri qəhrəmanlıq heç vaxt unudulmayacaq. Şəhid polislərimizin xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.
"Şərq qapısı" kollektivi olaraq bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edirik!
Sizə güc, səbir və uğurlar arzulayırıq!
Polisin gücü dövlətin dayağı, xalqın təhlükəsizliyinin təminatıdır.
Naxçıvanda asayişin yüksək səviyyədə qorunması məhz bu güclü və məsuliyyətli xidmətin nəticəsidir.
Bayramınız mübarək!
Digər xəbərlər