Türkiyənin diviziya generalı Azərbaycanın İstanbul...
00:33 08.01.2025
0
0
0
NAXÇIVAN :
08 Yanvar 2025, Çərşənbə
Bildiyiniz kimi, bayram ərəfələrində pirotexniki vasitələrdən istifadəyə tələbat artır. Bu kimi vasitələrin gətirilməsi, satışı və istehsalı qanunazidd olsa da, xüsusilə gənclər, yeniyetmələr belə vasitələrdən istifadə edərək əylənməkdən zövq alırlar. Lakin anlamaq lazımdır ki, bu kimi vasitələr insanların rahatlığını pozmaqla yanaşı, həm də ciddi xəsarətlə nəticələnə bilər. Ümumiyyətlə, pirotexniki vasitələrin yanlız xüsusi icazə əsasında idxal və istifadəsi mümkündür. Amma buna baxmayaraq, bu kimi vasitələrin qanunsuz yolla ölkəyə gətirilib satıldığı hallarla tez-tez qarşılaşırıq. Nəzərə almaq lazımdır ki, pirotexniki vasitələrdən qanunsuz istifadə böyük təhlükələrə yol aça bilər. Elə mövzu ilə bağlı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların xəbərdar edilməsi şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Mirtaleh Seyidovla həmsöhbət olduq. O bildirdi ki, insanların kütləvi toplaşdıqları bayram şənliklərində onların təhlükəsizliyinin təmin olunması vacibdir. Xüsusən atəşfəşanlıqla müşaiyət edilən belə şənliklərdə yanğın təhlükəsi ehtimalı çox olduğundan yanğın təhlükəsizliyi qaydalarını bilmək və ona əməl etmək lazımdır.
Mirtahel Seyidov onu da vurğuladı ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən hər il olduğu kimi, bu il də muxtar respublika ərazisində Yeni il bayram günlərində insanların həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək fövqəladə hadisələrin vaxtından əvvəl qarşısının alınması və əhalinin maarifləndirilməsi məqsədilə zəruri tədbirlər həyata keçirilir və bayram günlərində əhalinin istirahəti zamanı təhlükəsizlik tədbirlərinin diqqətdə saxlanılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin struktur qurumları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəkdir.
Biz də qəzetimiz vasitəsilə belə vasitələrdən istifadə edərək əylənmək istəyənlərə demək istərdik ki, anlıq zövq üçün həyatınızı təhlükəyə ataraq bayramı özünüzə və sevdiklərinizə “zəhər etməyin”. Özünüzü qoruyun. Xoş bayramlar...
Araz QULİYEV
Digər xəbərlər